Modern.az

Yeni seçilən baş nazir Tokioya gedir

Yeni seçilən baş nazir Tokioya gedir

Aktual

22 May 2022, 13:03

Parlament seçkilərində qələbə qazanan Avstraliya Leyboristlər Partiyasının (ALP) sədri Entoni Albanezin mayın 23-də andiçmə mərasimi keçiriləcək.

 

Modern.az  ABC telekanalına istinadən xəbər verir ki, mərasimdən sonra yeni Baş nazir dərhal Tokioya səfər edəcək.

 

Mayın 23-də E.Albanezlə yanaşı, yeni xarici işlər naziri Penni Vonq, maliyyə naziri Keti Kallaher, Baş nazirin müavini Riçard Marlz və iqtisadiyyat naziri Cim Çalmers də and içəcəklər.

 

Telekanalın məlumatına əsasən, yeni Baş nazirin və xarici işlər nazirinin mərasimdən dərhal sonra Tokioya - ABŞ, Yaponiya və Hindistanm liderlərinin iştirakı ilə keçiriləcək QUAD ölkələrinin dövlət başçılarının görüşünə yollanacağı planlaşdırılır. Digər nazirlər isə hakimiyyətin son doqquz ildə hökumətə başçılıq etmiş Avstraliya Liberallar Partiyası ilə Avstraliya Milli Partiyasının koalisiyasından ALP-yə ötürülməsini təmin edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı