Modern.az

Bu gün İngiltərə çempionu bəlli olacaq

Bu gün İngiltərə çempionu bəlli olacaq

Aktual

22 May 2022, 13:23

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

 

Modern.az xarici KİV-ə istinadən çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı