Modern.az

Olimpiya çempionumuz mübarizəyə başlayır

Olimpiya çempionumuz mübarizəyə başlayır

Aktual

22 May 2022, 13:55

Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

 

 

Modern.az xəbər verir ki, yarışın son günü daha dörd idmançımız – Olimpiya çempionu Radik İsayev (87 kq yuxarı), Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaqlar.

 

Qeyd edək ki, qitə çempionatında parataekvondoçularımız İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı