Modern.az

Mariupolda epidemiya təhlükəsi - Xəbərdarlıq

Mariupolda epidemiya təhlükəsi - Xəbərdarlıq

Aktual

22 May 2022, 14:48

Ukraynanın Rusiya hərbçiləri tərəfindən nəzarət altına alınan Mariupol şəhərində kütləvi məzarlıqlara görə epidemik fəlakət təhlükəsi yaranıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko şəxsi teleqram kanalında bildirib.

 

Onun sözlərinə görə, Mariupol üçün xarakterik olan yağışlar bu şəhərdə epidemiya yarada bilər.

 

“Humanitar fəlakətdən əlavə, şəhərdə yoluxucu xəstəliklər tüğyan edəcək. 100 min insan susuz yaşamağa davam edir. Yağışlar təhlükəli maddələri içməli su mənbələrinə atacaq. Kanalizasiya sistemi işləmir. Şəhərin hər yerində xaotik dəfnlər var”, – mer xəbərdarlıq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı