Modern.az

Bu ölkədə “meymun çiçəyi”nə yoluxma artdı

Bu ölkədə “meymun çiçəyi”nə yoluxma artdı

Aktual

22 May 2022, 14:59

Almaniyada “meymun çiçəyi”nə daha iki yoluxma aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Berlin Səhiyyə Departamenti məlumat yayıb.

 

Yoluxma halı Bavariyada qeydə alınıb. Bununla da yoluxanların sayı 3 nəfərə çatıb. Məlumata görə, xəstələrin vəziyyəti sabitdir.

 

Ümumilikdə bu yaxınlarda virus daha bir neçə ölkədə – Avstraliya, Belçika, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa və İsveçdə, İsveçrədə, Yunanıstanda tapılıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, “meymun çiçəyi” nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində yerləşən ucqar ərazilərdə baş verir. Virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı