Modern.az

Rusiyasız Davos Forumu başlayır – 35 il sonra...

Rusiyasız Davos Forumu başlayır – 35 il sonra...

Aktual

22 May 2022, 16:12

Bu gün Davosda 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan Dünya İqtisadi Forumu işinə başlayır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

 

Konfrans zamanı Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edəcək.

 

Bu il görüşün əsas mövzusu “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır.

 

Ümumilikdə, iştirakçılar bir sıra məsələlərə, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi kimi mövzulara toxunacaqlar.

 

Tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı