Futbol üzrə Almaniya kuboku yarışlarının finalında “Leyptsiq” klubu “Frayburq”u məğlub edib.
Modern.az xəbər verir ki, bu, 2009-cu ildə yaradılan klubun tarixində ilk rəsmi kubokdur.
2019-cu və 2021-ci illərdə komanda ölkə kuboku yarışlarının finalına çıxsa da, məğlubiyyətlə üzləşib.
“Leyptsiq” 13 illik tarixində iki dəfə Avropa yarışlarında yarımfinal mərhələsinə yüksəlib. Komanda 2019/2020-ci il mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə uduzub.
Cari mövsüm komanda Avropa Liqasının yarımfinalında Şotlandiyanın “Reyncer” komandasına məğlub olub.