Modern.az

Əfv siyahısı Prezidentə təqdim olunacaq - YENİLƏNİB

Əfv siyahısı Prezidentə təqdim olunacaq - YENİLƏNİB

Aktual

23 May 2022, 17:18

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb.

 

Modern.az xəbər verir ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb və bununla da baxılan müraciətlərin sayı 600-ə çatıb.

 

Komissiyadan bildirilib ki, prosedur qaydalarına əsasən, yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq.

 

***

15:18

 

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başlayıb.

 

Modern.az xəbər verir ki, Komissiyada daxil olan müraciətlərə baxılır.

 

***

09:43

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a Komissiyadan məlumat verilib.

 

Bildirilib ki, bugünkü iclasda daxil olan müraciətlərə baxılacaq. Ümumilikdə indiyədək 500-dən çox müraciətə baxılıb.

 

Qeyd edək ki, 28 May Müstəqillik Günü münasibəti ilə ölkə başçısı tərəfindən Əfv sərəncamının imzalanacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...