Modern.az

Mikayıl Cabbarov Davos Forumuna qatıldı

Mikayıl Cabbarov Davos Forumuna qatıldı

Aktual

23 May 2022, 14:46

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumunun panel iclasında iştirak edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

 

O bildirib ki, Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışılıb.

 

“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq”, - nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı