Meymunçiçəyi sözünün düzgün yazılış forması müəyyənləşib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan Report-a bildirilib.
Qeyd olunub ki, yoluxucu virus olan meymunçiçəyi sözü dırnaqsız və bitişik yazılır".
"Buna misal kimi, tibbi termin olaraq suçiçəyi sözü də həmişə bitişik yazılıb.
Qeyd edək ki, son günlər dünyanın bir neçə ölkəsində meymunçiçəyi virusu sürətlə yayılmaqda davam edir. Azərbaycan mətbuatında bununla bağlı məlumatlar dərc olunduqda virusun adı müxtəlif formalarda, əksər hallarda dırnaq içərisində və söz birləşməsi kimi yazılır.