Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun sakinlərlə növbəti səyyar qəbulunu keçirib.
Modern.az xəbər verir ki, mayın 21-də Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulunu Bakı şəhəri Qaradağ rayonu, Qobu Park-2” yaşayış massivində məskunlaşan rayon sakinləri sakinləri ilə keçirib.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak ediblər. Səyyar qəbulda iştirak edən sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər.
Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.