Modern.az

UNEC tələbələri psixoloqlarla görüşüb

UNEC tələbələri psixoloqlarla görüşüb

Aktual

23 May 2022, 17:26

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türk dünyası iqtisad fakültəsində psixoloqlarla görüşlər təşkil olunub.

 

UNEC-dən Modern.az-a bildirilib ki, görüşlərdə iştirak edən qonaqlar “Zorakı olmayan ünsiyyət”, “Stresi yaradan səbəblər və onların tələbələrin həyatına təsiri”, “Gənclərin gələcək karyera hədəflərinin təşkili, planlaşdırılması üsulları” mövzuları ilə çıxış ediblər.

 

Tədbirin məqsədi tələbələrin tez-tez qarşılaşdığı psixoloji narahatlıqlar, imtahan stresi, depressiya, diqqət dağınıqlığı kimi neqativ psixoloji vəziyyətlərlə mübarizə aparma metodudur.

 

Tədbirin qonaqları “İnci psixoloji və reabilitasiya mərkəzi”nin təsisçisi və direktoru psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oqtay qızı, psixoloq, hipnoterapevt Sevinc Alizadə, “PsixoSən” onlayn psixoloq və özünüinkişaf şirkətindən direktor İntiqam Məmmədov, habelə Kənan Zərbiyev, Lalə Bilalova olub.

 

Qonaqlar təhsil və karyera istiqamətində planlama apararaq, uğurlu gələcək inşa etməyin yollarından danışaraq, təhsil və karyera istiqamətində psixoloji vəziyyətin və dəstəyin alınmasının vacib olduğunu vurğulayıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı