Modern.az

Hər 30 saatdan bir yeni milyarder peyda olur

Hər 30 saatdan bir yeni milyarder peyda olur

Aktual

23 May 2022, 21:49

COVID-19 pandemiyası başlayandan bu vaxta kimi dünyada 573 yeni milyarder peyda olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Oxfam" xeyriyyə təşkilatı məlumat yayıb.

 

Bildirilir ki, onların sərvəti bu müddət ərzində ümumilikdə 3,78 trilyon dollar artaraq 12,7 trilyon dollar, yaxud ümumdünya ÜDM-nin 13,9 faizini təşkil edir.

 

Hər 30 saatda dünyada yeni milyarder meydana gəlir və hazırda onların ümumi sayı 2668 nəfərə çatıb. 

 

Eyni zamanda, hər 33 saat ərzində bir milyon insan ən kasıblar kateqoriyasına keçir, yəni gündə 1,9 dollardan az vəsaitlə dolanır. Dünyadakı ən zəngin 10 insanın sərvəti planetin ən kasıb əhalisinin 40 faizinin varidatına bərabərdir.

 

Hesablamalara görə, ərzaq və energetika sektorunda fəaliyyət göstərən milyarderlərin aktivləri hər iki sutkada bir milyard dollar artır, son iki ildə isə bu göstərici 453 milyard dollara yüksəlib. Ən böyük beş energetika kompaniyası (BP, Shell, TotalEnergies, Exxon və Chevron) saniyədə 2,6 min dollar xalis gəlir əldə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı