Modern.az

Şarl Mişeldən Rusiyaya xəbərdarlıq

Şarl Mişeldən Rusiyaya xəbərdarlıq

Aktual

26 May 2022, 00:58

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Moskvaya xəbərdarlıq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mişel Rusiya siyasi rəhbərliyini dezinformasiya yaymamağa çağırıb.

 

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhdid altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Biz müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel sosial şəbəkə hesabında yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!