Modern.az

47 aktiv COVID xəstəsindən 2 nəfəri ÖLDÜ

47 aktiv COVID xəstəsindən 2 nəfəri ÖLDÜ

Aktual

26 May 2022, 16:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 792735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9712 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2692, hazırkı dövrədək isə 6883123 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı