Modern.az

Ukraynaya 30 ton humanitar yardım göndərilir

Ukraynaya 30 ton humanitar yardım göndərilir

Aktual

27 May 2022, 09:30

Yaponiya Ukraynaya xilasetmə əməliyyatları zamanı istifadəsi nəzərdə tutulan 30 ton ağırlığında müxtəlif əşyalar və avadanlıq göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Tokio Kiyevə yanğınsöndürənlər üçün xüsusi geyimlər, rabitə vasitələri və süni peyk telefonları göndərəcək. Yardımın ayın sonlarında Polşaya və oradan Ukraynaya göndərilməsi planlaşıdırılır.

 

Qey edək ki, Yaponiya hökuməti mayın 19-da Ukraynaya göstərilən humanitar maliyyə yardımının iki dəfə artırılması və onun 600 milyon dollara çatdırılması barədə qərar qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı