Modern.az

Rusiyanın bu günə qədər olan İTKİLƏRİ

Rusiyanın bu günə qədər olan İTKİLƏRİ

Aktual

27 May 2022, 10:36

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada məhv edilən hərbçilərinin sayı 29 750-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Rəsmi məlumatda qeyd olunub ki, fevralın 24-dən bu günə qədər Rusiyanın 1322 ədəd tankı, 3246 ədəd zirehli döyüş maşını, 623 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 115 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası sıradan çıxarılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı