Modern.az

Müddətsiz əlillik təyinatı ilə bağlı QƏRAR veriləcək

Müddətsiz əlillik təyinatı ilə bağlı QƏRAR veriləcək

Aktual

27 May 2022, 11:52

“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq yaratmayacaq".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirilib.

 

S.Qocayev qeyd edib ki, həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər:

 

"Onların əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan faiz dərəcələrinə uyğunlaşdırılması sistem tərəfindən avtomatik olaraq dəyişdiriləcək. Əlilliyin yeni meyarlarla təyinatı məsələsində müddətlər ödənişlər üzrə sistemdən götürüləcək. Həmin ödənişlərlə 10 illik əlilliyə görə müavinət alan şəxslərin müddətsiz əlillik təyinatı ilə bağlı qərar veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı