Modern.az

"Azəriqaz" 37844 abonentlə bağlı yoxlama aparacaq

Aktual

27 May 2022, 12:28

Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinin abonenti olan 2600-ə yaxın qeyri-yaşayış obyektinə baxış keçirilib.

 

Modern.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

"Azəriqaz" rəsmisi qeyd edib ki, Bakı və regionlarda 420 halda nöqsan aşkarlanıb:

 

"Həmin obyektlərin qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma və qaydaları, layihə-smeta sənədləri qaydalarının tələblərinin pozulması ilə bağlıdır. Bu halların əksəriyyəti Bakı və Abşeron rayonunu əhatə edir, regionlarda bu göstərici aşağı səviyyədədir. 290 halda qaz sayğacları çıxarılıb və qaz infrastrukturu plomblanıb, digər 133 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb".

 

İ.Behbudov qeyd edib ki, hazırda “Azəriqaz”ın 37844 qeyri-əhali sektoruna aid olan abonenti var və yoxlamalar bu qrupdan olan bütün abonentləri əhatə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı