Modern.az

“İsveç və Finlandiya barədə qərarımız qətidir” - Çavuşoğlu

“İsveç və Finlandiya barədə qərarımız qətidir” - Çavuşoğlu

Aktual

27 May 2022, 13:44

“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin mövqeyi əvvəldən bəllidir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

“Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Amma bizim Finlandiya və İsveçlə bağlı qəti qərarlarımız var. NATO-nun və həmin ölkələrin narahatlığını da başa düşürük. Amma hər kəs bizim təhlükəsizliyimizlə bağlı qərarlara hörmətlə yanaşmalıdır”, - deyə XİN başçısı Türkiyənin rəsmi mövqeyini bir daha xatırladıb.

 

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna icazə vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Qardaş Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı