Modern.az

Hərbçimizin ayağı amputasiya olundu

Hərbçimizin ayağı amputasiya olundu

Aktual

27 May 2022, 15:52

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, hərbiq qulluqçumuz partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

 

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

 

Rəsmi məlumata görə, hazırda vəziyyəti stabildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!