Modern.az

Seçici siyahıları yenidən TƏRTİB EDİLDİ

Seçici siyahıları yenidən TƏRTİB EDİLDİ

Aktual

27 May 2022, 20:47

Mərkəzi Seçki Komissiyası Azərbaycanda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, qərarda deyilir:

 

Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin;

 

Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;

 

Seçici sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olan seçki məntəqələri ərazisində təxirə salınmadan əlavə seçki məntəqələri yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;

 

Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin;

 

Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı