Modern.az

“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunu qazandı

“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunu qazandı

Aktual

27 May 2022, 21:54

Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.

 

Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Ağdam komandasının qələbəsilə başa çatıb.

 

Belə ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt təyin olunub. Burada da hesab dəyişməyib, qalib penaltilər seriyasında müəyyənləşib.

 

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi olub. Bununla da Ağdam təmsilçisi "Qızıl dubl"a imza atıb.

 

Beləliklə, "Qarabağ" klubu 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov isə mükafatı ən çox qazanan (5 dəfə) baş məşqçi adına yiyələnib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı