Bu axşam futbol üzrə Çempionlar Liqasında final oyunu keçiriləcək.
Modern.az-a xəbər verir ki, "Real" və "Liverpul" klubları arasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matç Parisdə "Stade de Frans" stadionunda keçiriləcək.
Qeyd edək ki, Madrid "Real"ı bu günə kimi 13, "Liverpul" isə 6 dəfə qitənin ən güclü klubu adını qazanıb.