Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.
Modern.az xəbər verir ki, sərəncam bu müəssisədəki 11 məhkuma şamil olunub. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.
Əfv olunan şəxslərə ərizələrini Penitensiar xidmətin rəis müavini general-mayor Oqtay Məmmədov, Ombudsman Səbinə Əliyeva, millət vəkili Zahid Oruc təqdim ediblər.
Azadlığa buraxılan məhbuslardan üçü "Gəncə hadisələri"nə görə həbs edilənlərdir. Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa çıxıblar.