Modern.az

28 May xüsusilə əhəmiyyətli gündür - SƏFİR

28 May xüsusilə əhəmiyyətli gündür - SƏFİR

Aktual

28 May 2022, 10:48

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə "Twitter"də yazıb.

 

“Bu gün – mayın 28-də qeyd olunan Müstəqillik Günü münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu günün tarixi 1918-ci ilə gedib çıxır, amma ikitərəfli münasibətlərimizin qurulmasının 30-cu ildönümündə, bu, xüsusilə əhəmiyyətli gündür”, - səfir paylaşımda bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı