Modern.az

Bu cəzaçəkmə müəssisəsində 27 nəfər əfvə düşüb

Bu cəzaçəkmə müəssisəsində 27 nəfər əfvə düşüb

Aktual

28 May 2022, 11:02

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

 

Modern.az xəbər verir ki, sərəncam bu cəzaçəkmə müəssisəsində ümumilikdə 27 məhkuma şamil edilib.

 

Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.

 

Azadlığa buraxılanlar arasında "Gəncə məhbusları" və jurnalist də var. Belə ki, əfv olunan jurnalist Zöhrab Əliyev azadlığa buraxılıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!