Modern.az

Bakıda marketə basqın etdilər - HADİSƏ ANI

Bakıda marketə basqın etdilər - HADİSƏ ANI

Aktual

2 İyun 2026, 12:26

Bakının Xətai rayonunda quldurluq hadisəsi olub.

Modern.az xəbər verir kİ, zərərçəkən polisə müraciət edərək bildirib ki, satıcı kimi çalışdığı marketə daxil olan naməlum şəxslər ona zor tətbiq edərək 350 manat dəyərində məhsulu ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Əliməmməd Mustafayev və 20 yaşlı Kamal Səfərli saxlanılıblar. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırmalar zamanı onların rayon ərazisində yerləşən digər bir marketdən də oğurluq etdikləri məlum olub. Araşdırmalar aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...