Modern.az

UNEC-in Dərbənd filialının direktoru təltif olundu

UNEC-in Dərbənd filialının direktoru təltif olundu

Aktual

2 İyun 2026, 11:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə UNEC-in Dərbənd filialının direktoru Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, Q.Qurbanov uzunmüddətli fəaliyyəti dövründə iki ölkə arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə, təhsilin inkişafına və universitetlərarası əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...