Modern.az

Azərbaycanlı cərrah 16 ölkə transplantoloqlarının toplantısında çıxış edib

Azərbaycanlı cərrah 16 ölkə transplantoloqlarının toplantısında çıxış edib

Aktual

2 İyun 2026, 17:46

Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsindəki Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan Bişkekdə keçirilən orqan donasiyası və transplantasiyasına həsr olunmuş beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib.

Assosiasiyanın Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Türk Dünyası Transplantologiya Cəmiyyətinin təşkil etdiyi tədbirə 16 ölkədən aparıcı mütəxəssis qatılıb.

Rəşad Şolan simpoziumda Azərbaycanda böyrək transplantasiyası sahəsindəki elmi tədqiqatlarının nəticələrini beynəlxalq auditoriyaya təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?