Modern.az

Velosiped oğurlamaqda şübhəli bilinən qardaşlar saxlanıldı

Velosiped oğurlamaqda şübhəli bilinən qardaşlar saxlanıldı

Aktual

3 İyun 2026, 16:08

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb.

Modern.az xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...