Modern.az

Axtarışda olan 83 nəfər saxlanıldı

Axtarışda olan 83 nəfər saxlanıldı

Aktual

Bu gün, 09:40

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

⁠⁠Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlıların idarə etdiyi gəmi VURULDU - 7 nəfər insan... - Xəbəriniz Var?