Modern.az

Qarabağ və Şərqi Zəngəzurda 255 min partlayıcı aşkarlanıb

Qarabağ və Şərqi Zəngəzurda 255 min partlayıcı aşkarlanıb

Aktual

Bu gün, 11:12

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, ANAMA-nın fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir.

“Bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir. İşğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 hektar təmizlənib, 255 min 200 (189 min 097 ədəd digər partlayıcı sursat, 42 min 235 ədəd piyada əleyhinə mina, 23 min 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib”, - deyə V.Süleymanov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Trampın bütün hotelləri vurulacaq! - İrandan şok xəbərdarlıq