Modern.az

Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib

Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib

Allah rəhmət eləsi̇n

Bu gün, 11:08

Gəncədə baş leytenant vəfat edib.

Modern.az-ın xəbərinə görə, Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi-hazırlıq müəllimi, baş leytenant Rüstəm Xıdır oğlu İsayev dünyasını dəyişib.

Qeyd edək ki, R.İsayev 44 günlük Vətən müharibəsində iştirak edib. O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu