Modern.az

Dövlət Neft Fondunun rəhbər şəxsi vəfat etdi

Dövlət Neft Fondunun rəhbər şəxsi vəfat etdi

Allah rəhmət eləsi̇n

24 İyun 2026, 16:04

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əməkdaşı, qurumun Maliyyə və əməliyyat müdiriyyətinin rəhbəri Rauf Məmmədov vəfat edib.

Modern.az xəbər verir ki, fondun formalaşmasında və idarə olunmasında uzunillik xidmətləri olan mütəxəssis 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Məmmədov 2001-ci ildən Neft Fondunun fəaliyyətə başladığı ilk dövrlərdən etibarən burada çalışıb və qurumun maliyyə siyasətinin aparıcı simalarından biri olub.

R. Məmmədov 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, 2019-cu ildə isə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?