Modern.az

Tanınmış hakim vəfat etdi

Tanınmış hakim vəfat etdi

Allah rəhmət eləsi̇n

29 İyun 2026, 17:39

Bakı Ağır Cinayətlər Məhkəməsinin uzun müddət hakimi olmuş Əlisultan Osmanov vəfat edib.

Modern.az-ın məlumatına görə, keçmiş hakim iyunun 27-də dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Osmanov 2017-ci ildə yaş həddi ilə əlaqədar (65 yaşında) təqaüdə çıxmışdı. O, təqaüdə ayrıldıqdan sonra vəkil kimi fəaliyyətini davam etdirirdi.

Xatırladaq ki, Əlisultan Osmanov bir çox məşhur işə sədrlik edib. O, həmçinin keçmiş deputat Gülər Əhmədovaya hökm oxuyan hakimdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?