Modern.az

Sumqayıt futbolunun əfsanəsi vəfat etdi

Sumqayıt futbolunun əfsanəsi vəfat etdi

Allah rəhmət eləsi̇n

6 İyul 2026, 16:49

Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medallı Telman Həsən oğlu Salahov 89 yaşında dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Təcrübəli mütəxəssis 2013-cü ildən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirirdi. Telman Salahovun idman sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!