Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kompüter elmləri kafedrasının keçmiş müəllimi, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Əlif Məmmədov 93 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Qeyd edək ki, Əlif Məmmədhəsən oğlu Məmmədov 1970-ci ildən 2017-ci ilədək ADPU-da fəaliyyət göstərib. Görkəmli alim 2023-cü ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.