Modern.az

İran qonşu ölkələrə çağırış etdi

İran qonşu ölkələrə çağırış etdi

Dünya

Bu gün, 15:32

İran Xarici İşlər Nazirliyi körfəz ölkələrini öz təhlükəsizliklərini regiondan kənar güclərə etibar etməməyə çağırıb.

Modern.az xəbər verir ki, bu çağırışla İran XİN-in sözçüsü İsmayıl Baqayi çıxış edib.

O vurğulayıb ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu yalnız qeyri-sabitlik mənbəyi kimi çıxış edir və bu, onun hərbi bazalarına ev sahibliyi edən ölkələri riskə atır.

İsmayıl Baqayi Tehranın uzunmüddətli mövqeyini xatırladaraq bildirib ki, Fars körfəzində real və davamlı təhlükəsizlik yalnız region ölkələrinin öz aralarında əməkdaşlığı ilə və xarici müdaxilə olmadan təmin oluna bilər.

O qeyd edib ki, Vaşinqtonun hərbi bazaları dəfələrlə ev sahibi ölkələri lazımsız risklərlə üz-üzə qoyub.

XİN rəsmisi qonşu ölkələri konstruktiv dialoqa və ortaq regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına çağırıb və vurğulayıb ki, İran körfəzin ərəb ölkələri ilə heç bir düşmənçilik aparmır və qarşılıqlı faydalı münasibətlər qurmağa tam sadiqdir.

Baqayi İran-ABŞ danışıqları barədə də qeyd edib ki, İran “ABŞ-a qarşı ciddi etimadsızlıq və şübhə mühitində” danışıqlar aparır.

O əlavə edib ki, İranın hazırkı prioriteti aydındır: “Hazırda biz müharibənin sona çatmasına fokuslanmağa qərar vermişik, çünki bu məsələ bütün regionlar, xalqımız və beynəlxalq ictimaiyyət üçün narahatlıq doğurur”.

Baqayi vurğulayıb ki, əgər amerikalılar həqiqətən diplomatiyada ciddidirlərsə, bu fürsətdən istifadə etməlidirlər, çünki bütün dünya onların ən azı xoş niyyət göstərməsini gözləyir.

Sözçü xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət ABŞ-ı İrana və regiona qarşı başladığı müharibənin nəticələrinə görə məsuliyyət daşıyan tərəf kimi görəcək, çünki hamı bilir ki, bu, ABŞ hökumətinin seçdiyi bir müharibədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV