Modern.az

Simonyan: Azərbaycana səfər edəcəyəm

Simonyan: Azərbaycana səfər edəcəyəm

Dünya

Bu gün, 00:54

“Dəvət olarsa və münasib fürsət yaranarsa, qonşu ölkəyə (Azərbaycana — red.) səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm”.

Modern.az xəbər verir ki, bunu iyunun 1-də İctimai Televiziyada keçirilən seçkiqabağı debatda deputatlığa namizəd və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və Azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirak etməkdən imtina etdim”, - deyə Simonyan qeyd edib.

O əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV