Modern.az

Günəşdə 2 güclü partlayış baş verib

Günəşdə 2 güclü partlayış baş verib

Dünya

2 İyun 2026, 23:44

Günəşdə gün ərzində iki güclü alışma baş verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan məlumat yayıb.

Məlumata görə, iyunun 2-də Moskva vaxtı ilə saat 13:05-də rentgen diapazonunda 4455 nömrəli günəş ləkələri qrupunda (N10W00) 31 dəqiqə davam edən M1.3 sinifli alışma qeydə alınıb.

Bundan əvvəl isə cəmi 5 dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınmışdı.

Qeyd edək ki, M sinifli alışmalar Günəş alışmalarının güc təsnifatında yüksək səviyyələrdən biri hesab olunur və bəzi hallarda Yerə yaxın kosmik mühitə və radio rabitəsinə təsir göstərə bilər.

Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV