Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Yevgeni Xmaranı müdafiə naziri vəzifəsini müvəqqəti icra edən təyin edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Yevgeni Xmara texnoloji hücum əməliyyatlarının həyata keçirilməsi sahəsində geniş və bir çox hallarda analoqu olmayan təcrübəyə malikdir.
Prezident bildirib ki, bütün zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra Xmaranın Ukraynanın müdafiə naziri vəzifəsinə təsdiqlənməsi üçün Ali Radaya müraciət edəcək.
Qeyd edək ki, iyulun 16-da Ukrayna Ali Radası "Naftoqaz" şirkətlər qrupunun idarə heyətinin sədri Sergey Koretskini ölkənin yeni baş naziri təyin edib.
Bundan əvvəl Ukrayna mətbuatı Zelenskinin yeni hökumət qarşısında əsas prioritetlər kimi ölkənin çətin qış mövsümünə hazırlanmasını, enerji və yanacaq infrastrukturunun qorunmasını, iqtisadi sabitliyin təmin edilməsini və beynəlxalq yardımların səmərəli idarə olunmasını müəyyənləşdirdiyini yazmışdı.