Modern.az

Türkiyə yenidən silkələndi: 5 bal gücündə zəlzələ

Türkiyə yenidən silkələndi: 5 bal gücündə zəlzələ

Dünya

18 İyul 2026, 10:08

Türkiyənin Malatya vilayətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Malatya vilayətində yerləşib. Zəlzələ ocağı 16 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.

Aidiyyəti qurumlar bölgədə monitorinq və qiymətləndirmə işlərini davam etdirirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar