Modern.az

Müctəba Xameneinin kameralar önünə çıxacağı tarix açıqlandı

Müctəba Xameneinin kameralar önünə çıxacağı tarix açıqlandı

Dünya

18 İyul 2026, 14:10

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə davam edən hərbi qarşıdurma dövründə ictimai tədbirlərdə iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə TASS-a danışan məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, İran rəhbərliyi vəziyyətin sabitləşməsini gözləyir. Təhlükəsizlik səbəbləri və bölgədə davam edən hərbi gərginlik fonunda Müctəba Xamenei hazırda ictimaiyyət qarşısına çıxmır.

Qeyd olunur ki, münaqişənin səngiməsindən və təhlükəsizlik risklərinin azalmasından sonra onun yenidən açıq tədbirlərdə iştirak etməsi gözlənilir.

Rəsmi Tehran məsələ ilə bağlı əlavə açıqlama verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...