Modern.az

Ankaradan Netanyahuya İTTİHAMLAR: “Regionu sabitsizləşdirir”

Ankaradan Netanyahuya İTTİHAMLAR: “Regionu sabitsizləşdirir”

Dünya

Bu gün, 11:57

İsrail rəsmilərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəltdiyi tənqidlərə cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi İsrailin açıqlamalarını sərt şəkildə tənqid edib.

Modern.az xəbər verir ki, Ankara bildirib ki, İsrail tərəfinin bəyanatları Baş nazir Benyamin Netanyahu və onun ətrafındakıların “qorxaq və çürük zehniyyətini” əks etdirir.

Türkiyə XİN Netanyahu hökumətini Qəzzada soyqırım törətməkdə, İsrail xalqına tarixi yara vurmaqda və regionu sabitsizləşdirməkdə ittiham edib.

Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi Ərdoğanı HƏMAS-ı dəstəkləməkdə, qonşu ölkələrin daxili işlərinə müdaxilə etməkdə və Türkiyənin daxili problemlərindən diqqəti yayındırmağa çalışmaqda günahlandırmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...