Modern.az

Putinlə Paşinyan arasında mübahisə düşdü 

Putinlə Paşinyan arasında mübahisə düşdü 

Dünya

2 Sentyabr 2026, 01:17

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə “Xronika Kavkaz” məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı tərəflər arasına mübahisə baş verib.

Belə ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ermənistanın Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətləri məsələsində fikir ayrılığı yaşanıb.

Tərəflər Ermənistanın gələcək iqtisadi və siyasi istiqaməti ilə bağlı fərqli mövqelərini ifadə ediblər. Mübahisənin əsas mövzusunun İrəvanın Aİ-yə inteqrasiya prosesi ilə AİB çərçivəsində üzvlüyünü necə uzlaşdıracağı olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland