Modern.az

Tehran İrəvandan Zəngəzur dəhlizinə dair açıqlama istəyib

Tehran İrəvandan Zəngəzur dəhlizinə dair açıqlama istəyib

Dünya

Bu gün, 10:58

İran tərəfi Ermənistandan ABŞ hərbçilərinin “Tramp marşrutu”nda (TRIPP) yerləşdirilib-yerləşdirilməyəcəyini soruşub və "yox" cavabı alıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsinə İranın münasibətini şərh edərkən bildirib.

“Onların belə bir sual verməsi tamamilə normaldır. Biz cavab verdik. Tehran da bildirir ki, əgər belə bir şey yoxdursa, bu, çox yaxşıdır. Axı onlar da dəmir yolundan istifadə edə biləcəklər”, – deyə Mirzoyan bildirib.

İran rəsmilərinin üçüncü ölkələrin regionda mövcudluğunun sabitliyi poza biləcəyi barədə bəyanatlarına münasibət bildirən Mirzoyan prinsip etibarilə bu fikirlə razılaşıb.

“Üçüncü tərəfin hərbi mövcudluğunun digər iki tərəfin işini çətinləşdirməsi hamıya məlum olan həqiqətdir”, – deyə o qeyd edib.

Xatırladaq ki, sentyabr ayında İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Tehranın TRIPP layihəsi ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün İrəvana fikir mübadiləsi mexanizmi yaratmağı təklif etdiyini bildirmişdi.

Diplomat qeyd etmişdi ki, ABŞ Prezidenti Donald Trampın İran xalqına qarşı düşmən siyasəti fonunda Tehran layihə ilə bağlı narahatlığını Ermənistana çatdırıb. Bununla belə, onun sözlərinə görə, mövcud suallar İrəvanla Tehran arasında dostluq və mehriban qonşuluq şəraitində həll oluna bilər.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr