Modern.az

İmişlidə yanğın - 2 nəfər zəhərləndi

İmişlidə yanğın - 2 nəfər zəhərləndi

Hadisə

6 Noyabr 2025, 17:40

İmişlidə yanğın baş verib.

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan ot bağlaması yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır