Modern.az

Ömər Eldarov evdədir, səhhəti yaxşıdır

Ömər Eldarov evdədir, səhhəti yaxşıdır

Mədəniyyət

17 İyul 2026, 20:53

Ömər Eldarovun səhhəti ilə bağlı yayılan məlumatlar təkzib edilib.

Bu barədə Modern.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Xalq rəssamı hazırda ev şəraitindədir və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun səhhətinin stabil olduğu qeyd olunub.

Yaxınlarının sözlərinə görə, Ömər Eldarov yaşı ilə əlaqədar mütəmadi olaraq planlı tibbi müayinələrdən və nəzarət yoxlamalarından keçir. 

Qeyd edək ki, Ömər Eldarov Azərbaycanın Xalq rəssamı, akademik və ölkənin ən tanınmış heykəltəraşlarından biridir. O, Heydər Əliyev, Üzeyir Hacıbəyli, Natəvan, Hüseyn Cavid və digər görkəmli şəxsiyyətlərin abidələrinin müəllifidir.

Xalq rəssamının 99 yaşı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...