Modern.az

Deputatla qaliblər Ağsu üçün Modern.az-da bir araya gəldilər - FOTOLAR

Deputatla qaliblər Ağsu üçün Modern.az-da bir araya gəldilər - FOTOLAR

Media

Bu gün, 16:48

Modern.az İnformasiya Portalının sosial media izləyicilərini Azərbaycanın bölgələri ilə daha yaxından tanış etmək məqsədilə başladığı “Modern.az Gallery” layihəsi davam edir.

Layihənin ikinci qonağı 90 saylı Ağsu seçki dairəsinin deputatı Elçin Mirzəbəyli olub. Deputat bu dəfə izləyicilər üçün Ağsu rayonunda yerləşən Şeyx Dursun türbəsi ilə bağlı foto təqdim edib.

Paylaşımın ardından sosial media izləyicilərinə məkanın hansı rayonda yerləşdiyini müəyyən etmək təklif olunub. Sorğuda düzgün və ən ətraflı cavab verən izləyicilər Kamil Həmidov və Fidan Eldarova layihənin budəfəki qalibləri seçiliblər.

Qaliblər Modern.az redaksiyasında deputat Elçin Mirzəbəyli ilə görüşüblər. Səmimi atmosferdə keçən görüş zamanı Ağsu rayonunun tarixi, bölgənin tanınmayan məkanları və layihənin məqsədi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Kamil Həmidov Ağsuda parkın yaradılması ilə bağlı müraciətlərini deputata təqdim edərək məsələni Milli Məclisdə qaldırmasını xahiş edib. Görüşün sonunda qaliblərə deputat tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Modern.az Gallery” layihəsinin əsas məqsədi Azərbaycanın bölgələrinin tarixi, turizm potensialı və özünəməxsus xüsusiyyətlərini daha geniş auditoriyaya tanıtmaq, eyni zamanda deputatlarla ictimaiyyət arasında fərqli ünsiyyət platforması yaratmaqdır. Layihə növbəti rayonların deputatlarının iştirakı ilə davam etdiriləcək.

1519807

1519808

1519809

1519810

1519819

1519836

1519820

1519824

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?